Binəqədidə daha bir yolayrıcında svetoforlar quraşdırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə daha bir yolayrıcında svetoforlar quraşdırılıb

Qafar Ağayev10:02 - Bu gün
Binəqədidə daha bir yolayrıcında svetoforlar quraşdırılıb

Bakının Binəqədi rayonunda Cəfər Xəndan və Ağasadıq Gəraybəyli küçələrinin kəsişməsində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti svetoforlarla tənzimlənir.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Mərkəzin əməkdaşları tərəfindən yolayrıcında üç ədəd “L” və üç ədəd “A” tipli olmaqla, ümumilikdə altı dirək üzərində nəqliyyat və piyada svetoforları quraşdırılıb.

Qeyd olunub ki, görülən işlər nəticəsində kəsişmədə nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin növbəliliyi təmin edilib, qəza riskinin aradan qaldırılması istiqamətində tədbir görülüb.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər