Daha bir ölkədə koronavirusun ikinci dalğası başladı | 1news.az | Xəbərlər
Dünya

Daha bir ölkədə koronavirusun ikinci dalğası başladı

17:54 - 05 / 08 / 2020
Daha bir ölkədə koronavirusun ikinci dalğası başladı

Estoniyanın Sağlamlıq Departamenti ölkədə koronavirusun ikinci dalğasının başladığını açıqlayıb.

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Postimees" quruma istinadən xəbər verib.

"Səhiyyə Departamentinin qiymətləndirməsinə görə, artıq Estoniyada COVID-19-la xəstələnmənin ikinci dalğasının başlandığını demək olar", - Departamentdə deyiblər.

Gözləntilərə görə, avqustun 6-da hökumət koronavirusla mübarizə tədbirlərini sərtləşdirəcək. Buna qədər Baş nazir Yuri Ratas bildirmişdi ki, yoluxma səviyyəsi 2,6-ya çatıb, baxmayaraq ki, bir ay əvvəl o, 1,0 idi.

Qeyd edək ki, Estoniyada 2 091 nəfər koronavirusa yoluxub, 63 xəstə vəfat edib, 1 937 nəfər sağalıb.  

1news.az

Paylaş:
778

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər