Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlər açıqlanıb
Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlər açıqlanıb.
Dövlət Neft Fondundan 1news.az-a verilən məlumata görə, AÇG yatağından bu ilin yanvar-iyul aylarında 2 485 mln. dollar gəlir əldə edilib.
Həmin dövrdə Şahdəniz yatağından (qaz və kondensat) əldə olunan gəlir isə 215,5 mln. dollar olub.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər (01.01.2020 - 01.08.2020 tarixinə) 149 mln. dollardır.
1news.az
1378