Bu ölkə koronavirusa yoluxan turistlərə pul ödəyəcək
Bolqarıstanda tətildə koronavirusa yoluxan turistlərin yemək və tibbi xərcləri ödənilə bilər.
1news.az oxu.az-a istinadən xəbər verir ki, ATOR bu barədə ölkənin Baş nazirinin müavini və turizm naziri Mariyana Nikolovanın açıqlamasına istinadla xəbər yayır.
Bolqarıstan Turizm Nazirliyi ölkədə səyahət zamanı COVID-19-a yoluxan turistlər üçün məcburi karantin zamanı yaşayış və yemək xərclərini ödəməyi təklif edib.
Otelçilərlə razılaşdırılaraq "Sunny Beach" və "Golden Sands" kurortlarında turistləri karantin üçün qəbul edəcək otellər artıq müəyyən edilib.
1news.az
740