Azərbaycan Boccia İdman Federasiyasının idmançıları təlim-məşq toplantısında iştirak edirlər - FOTO | 1news.az | Xəbərlər
İdman

Azərbaycan Boccia İdman Federasiyasının idmançıları təlim-məşq toplantısında iştirak edirlər - FOTO

13:32 - 11 / 08 / 2020
Azərbaycan Boccia İdman Federasiyasının idmançıları təlim-məşq toplantısında iştirak edirlər - FOTO

Boccia idman növü üzrə milli komandanın üzvləri ölkəmizdə yayılan koronavirus (COVID-19) pandemiyası ilə bağlı bir neçə ay ev şəraitində məşqlərini davam edirdi.

Azərbaycan Boccia İdman Federasiyasından bildiriblər ki, idmançıların fiziki hazırlıqlarını artırmaq məqsədilə 10 - 19 avqust tarixlərində Boccia idman növü üzrə komanda 18 nəfərlik heyətlə Zaqatala Olimpiya İdman Kompleksində açıq hava şəraitində təlim-məşq  toplasında iştirak edəcək.

Təlim-məşq toplantısı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Milli Paralimpiya Komitəsinin dəstəyi ilə keçirilir.

Qeyd edək ki, təlim-məşq toplantısı zamanı komanda üzvləri sosial məsafə və digər karantin qaydalarına  məsuliyyətlə riayət edir.

1news.az

Paylaş:
1276

Son xəbərlər

Bütün xəbərlər