Dünyada koronavirusa yoluxanların sayı 253 mindən çox artıb | 1news.az | Xəbərlər
Dünya

Dünyada koronavirusa yoluxanların sayı 253 mindən çox artıb

10:56 - 11 / 08 / 2020
Dünyada koronavirusa yoluxanların sayı 253 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 253 mindən çox artıb.

1news.az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Avqustun 10-u saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 253 409 nəfər yeni koronavirusa yoluxub, 5 719 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 19 718 030, ölənlərin isə 728 013 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 10 590 929 yoluxma və 388 673 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 582 911, ölənlərin sayı isə 216 693 nəfərə çatıb.

Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 2 632 773 yoluxma və 53 677 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

1news.az

Paylaş:
602

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər