“Qarabağ” - “Sileks” matçının hakimləri açıqlandı | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” - “Sileks” matçının hakimləri açıqlandı

16:55 - 13 / 08 / 2020
“Qarabağ” - “Sileks” matçının hakimləri açıqlandı

Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Sileks" oyununun hakimləri bəlli olub.

1news.az apasport.az-a istinadla bildirir ki, UEFA qarşılaşmanı Ukraynadan olan hakimlər briqadasına həvalə edib.

Matçın baş hakimi Yaroslav Kozık olacaq. Ona yan xətt hakimləri Viktor Nijnik və Vladimir Korotin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anatoli Abdula yerinə yetirəcək. Oyunun hakim-inspektoru isə macarıstanlı Atilla Abraham olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Sileks" oyunu avqustun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

1news.az

Paylaş:
985

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər