İlham Əliyev Malayziyanın XVI Ali Başçısını təbrik edib
Prezident İlham Əliyev Malayziyanın XVI Ali Başçısı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən məlumatına görə, təbrikdə deyilir:
"Əlahəzrət,
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Malayziya dostluğu və əməkdaşlığının daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Dünyanın üzləşdiyi COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan xalqının Malayziya xalqı ilə həmrəy olduğunu qeyd etmək istəyirəm.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Malayziyaya daim əmin-amanlıq və rifah diləyirəm".
1news.az