Prezident İlham Əliyev qırğızıstanlı həmkarına məktub göndərib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev qırğızıstanlı həmkarına məktub göndərib

15:34 - 29 / 08 / 2020
Prezident İlham Əliyev qırğızıstanlı həmkarına məktub göndərib

Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekova təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Qırğız Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Qırğızıstan əlaqələri, ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrdə Azərbaycan xalqının qardaş Qırğızıstan xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə daim əmin-amanlıq və rifah diləyirəm".

1news.az

Paylaş:
841

Son xəbərlər

Bütün xəbərlər