Ov mövsümü açıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ov mövsümü açıldı

12:04 - 01 / 09 / 2020
Ov mövsümü açıldı

Azərbaycan Respublikası ərazisində 2020-2021-ci illər üçün ov mövsümü Ov Məsələləri üzrə Koordinasiya Şurasının qərarı ilə 01 sentyabr tarixindən etibarən açıq elan edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, ovlanmasına icazə verilən vəhşi heyvanların və quşların ovlanma müddətləri və normaları ilə bağlı elan Nazirliyin rəsmi internet səhifəsinin "Elanlar" bölməsində yerləşdirilib.

Ov mövsümünün gələn il fevralın 28-də başa çatması nəzərdə tutulub.

1news.az

Paylaş:
9935

Son xəbərlər

Bütün xəbərlər