Xankəndidə II Azərbaycan-Özbəkistan Rektorlar Forumu keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Xankəndidə II Azərbaycan-Özbəkistan Rektorlar Forumu keçirilir

1news Redaksiyası10:46 - Bu gün
Xankəndidə II Azərbaycan-Özbəkistan Rektorlar Forumu keçirilir

Xankəndi şəhərində Qarabağ Universitetinin ev sahibliyi ilə Azərbaycan–Özbəkistan ali təhsil tərəfdaşlığının inkişafına həsr olunan İkinci Rektorlar Forumu başlayıb.

1news.az report-a istinadən xəbər verir ki, tədbir Azərbaycanla Özbəkistan arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, elmi tədqiqat və innovasiya istiqamətlərində birgə təşəbbüslərin təşviqi, eləcə də universitetlərarası əlaqələrin möhkəmləndirilməsi məqsədilə təşkil olunub.

Forumda hər iki tərəfdən ümumilikdə 30-a yaxın ali təhsil müəssisəsi iştirak edir.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər