Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən orta məktəblərdən birinin şüşələri gecə saatlarında daş parçaları ilə sındırılıb.
1news.az APA-ya istinadən xəbər verir ki, xuliqanlıq hərəkətləri törədən Bəxtiyar Muradov polis tərəfindən saxlanılaraq həbs edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
320












