Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

1news Redaksiyası09:09 - Bu gün
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

1news.az xəbər verir ki, qurultayda iştirakını ümumilikdə 225 nümayəndə təsdiqləyib.

Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketləri əsasında Şuranın İdarə Heyətinin üzvlüyünə namizədlər müəyyənləşdirilib.

Hazırkı İdarə Heyətinin üzvlərindən Rəşad Məcid, Əflatun Amaşov, Qulu Məhərrəmli, Umud Rəhimoğlu, Aydın Quliyev, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Vüsalə Mahirqızı, Aqil Ələsgər, Ceyhun Musaoğlu, Alqış Musayev, Akif Aşırlı və Yadigar Məmmədli adlarının seçki bülleteninə daxil edilməməsini xahiş ediblər.

Beləliklə, Mətbuat Şurasının İdarə Heyətinin 23 üzvlük tərkibində 13 yer üzrə dəyişiklik gözlənilir.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər