“Landau School”un şagirdlərindən “Eco Catcher” layihəsi - Binaların soyudulmasında yeni yanaşma - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Landau School”un şagirdlərindən “Eco Catcher” layihəsi - Binaların soyudulmasında yeni yanaşma - VİDEO

1news Redaksiyası13:17 - Bu gün
“Landau School”un şagirdlərindən “Eco Catcher” layihəsi - Binaların soyudulmasında yeni yanaşma - VİDEO

Maksud Yusuf və Camal Nağızadə adlı “Landau School”-un 11-ci sinif şagirdləri, Cənubi Azərbaycan ərazisində istifadə olunan qədim soyutma tikililəri — badgirləri əsas götürərək “Eco Catcher” adlı ekoloji layihə hazırlayıblar.

​Onlar bu qurğuları müasir və ən əsası, ekoloji cəhətdən təmiz avadanlıqlarla zənginləşdirərək küləyin istiqamətini, sürətini və günəş enerjisini nəzərə almaqla böyük sahəli binaları soyutmağa imkan verən dəqiq hesablamalar aparıblar.
​Camal tarixi çox sevir, bu sahəni araşdırır və hüquq fakültəsinə daxil olmağa hazırlaşır; Məqsud isə İT və kibertəhlükəsizlik sahəsində mütəxəssis olmağı planlaşdırır. Bilik və səylərini birləşdirən gənclərin ərsəyə gətirdiyi bu ideya həm enerjiyə qənaət etməyə, həm də atmosferə atılan karbon qazı (CO₂) emissiyasını sıfıra endirməyə imkan verir.

Paylaş:
192

Son xəbərlər

Bütün xəbərlər