Binəqədi yolunda təmirə görə 8 müntəzəm marşrutun hərəkət sxemi dəyişdiriləcək - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədi yolunda təmirə görə 8 müntəzəm marşrutun hərəkət sxemi dəyişdiriləcək - SİYAHI

Qafar Ağayev17:26 - Bu gün
Binəqədi yolunda təmirə görə 8 müntəzəm marşrutun hərəkət sxemi dəyişdiriləcək - SİYAHI

Bakıda təmir işləri ilə əlaqədar 8 müntəzəm marşrutun hərəkəti müvəqqəti olaraq alternativ küçələrlə təşkil ediləcək.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, Binəqədi şosesinin Mehdiabad yolu ilə kəsişməsindən Zəngəzur küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar oktyabrın 16-da saat 23:00-dan nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Məhdudiyyət səbəbindən 100, 108A, 108B, 123, 133, 147, 165 və 179 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.

100, 108B, 123, 133, 165 və 179 nömrəli marşrutların “Azadlıq prospekti” metro stansiyası istiqamətində və əks istiqamətdə hərəkəti Binəqazi, Gülməmməd Ramazanov, 10 May, Araz, Ozan, Telman Kəlbiyev və Zəngəzur küçələri, eləcə də Binəqədi şosesi ilə, daha sonra mövcud hərəkət sxemi üzrə təşkil ediləcək.

108A və 147 nömrəli marşrutların “Azadlıq prospekti” metro stansiyası istiqamətində hərəkəti 28 May, Məmməd Araz və 1-ci Göl kənarı küçələri, Ziya Bünyadov və Azadlıq prospektləri, həmçinin Çingiz Aytmatov küçəsi ilə təşkil olunacaq.

Əks istiqamətdə isə avtobuslar Çingiz Aytmatov, Şövkət Məmmədova və Əcəmi Naxçıvani küçələri, Atatürk və Ziya Bünyadov prospektləri, 1-ci Göl kənarı, Məmməd Araz və 28 May küçələri ilə, daha sonra mövcud hərəkət sxemi üzrə hərəkət edəcək.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər