ABŞ-da ermənilər azərbaycanlıya hücum edib | 1news.az | Xəbərlər
Cəmiyyət

ABŞ-da ermənilər azərbaycanlıya hücum edib

15:02 - 06 / 10 / 2020
ABŞ-da ermənilər azərbaycanlıya hücum edib

ABŞ-da həmvətənimiz ermənilərin hücumuna məruz qalıb.

1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, hadisə Nyu-York şəhərində baş verib.

Bruklində Azərbaycan bayrağının olduğu şəxsi avtomobili ilə hərəkət edən azərbaycanlı gənc bir qrup erməninin hücumuna məruz qalıb. Belə ki, yeddi nəfər erməni həmvətənimizə və onun avtomobilinə zərbələr endirib. Nəticədə, azərbaycanlı gənc başından yüngül xəsarət alıb.

Həmyerlimizin polislə əlaqə saxladığını görən ermənilər qaçaraq ərazidən uzaqlaşıblar.

Qeyd edək ki, hadisə şahidləri baş verənləri mobil telefonun kamerası ilə qeydə alıblar. Videogörüntüdə həmvətənimizin təkbaşına yeddi erməni ilə əlbəyaxa dalaşdığı görünür.

1news.az

Paylaş:
802

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər