Ermənistan Dağlıq Qarabağda gerilədiyini etiraf etdi | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan Dağlıq Qarabağda gerilədiyini etiraf etdi

14:32 - 14 / 10 / 2020
Ermənistan Dağlıq Qarabağda gerilədiyini etiraf etdi

“Son günlərdə Azərbaycanın silahlı qüvvələri Qarabağ münaqişəsi zonasında cəbhənin bəzi sektorlarında bölgənin ərazisinə  nüfuz edə bilib”.

1news.az xəbər verir ki, bunu "separatçıların lideri" Arayik Harutyunyan deyib.

"Moskvada qəbul edilən  atəşkəs razılaşması qüvvəyə mindikdən dərhal sonra düşmən daha da şiddətli döyüşlərə keçdi. Bəzi istiqamətlərdə üstünlüyə sahib olmaq və ərazilərə  nüfuz etməyi bacardı", deyə  Arutyunyan facebook səhifəsində qeyd edib.

Arutyunyan bildirib ki, "biz qarşı tərəfə sülhü sırımalıyıq". 

"Biz hər hansı şərt qoymadan humanitar atəşkəs üzrə üzərimizə götürdüyümüz öhdəliyi üzərimizə götürürük. Bu münaqişənin sülh yolu ilə həlli bundan sonra  mümkün görünməsə də buna ümid edirik",  o , vurğulayıb.

1news.az

Paylaş:
586

Son xəbərlər

Bütün xəbərlər