Sahil Babayev: Özünüməşğulluq proqramı işğaldan azad edilən ərazilərdə də geniş vüsət alacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sahil Babayev: Özünüməşğulluq proqramı işğaldan azad edilən ərazilərdə də geniş vüsət alacaq

13:31 - 15 / 10 / 2020
Sahil Babayev: Özünüməşğulluq proqramı işğaldan azad edilən ərazilərdə də geniş vüsət alacaq

Özünüməşğulluq proqramı Azərbaycan Ordusunun bu günlərdə işğaldan azad etdiyi ərazilərdə də geniş vüsət alacaq, həmin ərazilərdə sosial-iqtisadi quruculuğun və inkişafın təmin edilməsinə öz töhfəsini verəcək.

1news.az-ın məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi” üzrə Dünya Bankının missiyası ilə onlayn görüşdə bildirib.

Onun sözlərinə görə, BMT qətnamələrinə məhəl qoymadan 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan Azərbaycana qarşı hərbi təxribatlarını, ölkəmizin mülki əhalisinə yönələn terror siyasətini davam etdirir. Oktyabrın 10-da humanitar məqsədlərlə atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan bu razılaşmanı, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə çoxmənzilli yaşayış binalarına “Skad” tipli ballistik raket atıb.

Nazir təcavüzkar Ermənistanın bu növbəti terroru nəticəsində içərisində uşaqların və qadınların, yaşlıların da olduğu 10 nəfərin həlak olduğunu, 34 nəfərin yaralandığını bildirib. O vurğulayıb ki, ümumilikdə Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən dinc əhaliyə qarşı hücumları nəticəsində 43 mülki şəxs qətlə yetirilib, 214 nəfər yaralanıb, 277 mülki obyekt, 66 çoxmənzilli yaşayış binası, 1505 yaşayış evi yararsız vəziyyətə düşüb.
S.Babayev Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları, ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərinin işğaldan azad edilməsi istiqamətində əldə etdiyi zəfərlər barədə də məlumat verib.
Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə icra olunan özünüməşğulluq proqramından bəhs edən nazir bu proqramın ölkədə aztəminatlı ailələrin kiçik biznesə çıxışına şərait yaratdığını deyib. O, cari ildə 12 min ailənin bu proqramın dəstəyi ilə öz kiçik ailə müəssisələrini yaratmaları üçün aparılan işləri qeyd edib.

Bildirib ki, özünüməşğulluq proqramı Böyük Qayıdışın başlanğıcı olan Cocuq Mərcanlı kəndini də əhatə edib. Bütün sosial infrastrukturu, daimi suyu, elektrik enerjisi, təbii qazı, asfalt yolları və s. olan, qısa müddətdə müasir və abad bir yaşayış məntəqəsinə çevrilən həmin kənddə 60-dək ailə bu proqrama cəlb olunub. Habelə cəbhəyanı bölgələrdə özünüməşğulluq proqramının əhatə dairəsi ildən-ilə genişlənir.

S.Babayev özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi”nin önəmini vurğulayıb. Layihə üzrə 2020-2025-ci illərdə əlavə olaraq 22 min işsiz şəxsin özünüməşğulluq proqramına cəlb olunmasının, eyni zamanda məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsinə dəstəyin verilməsinin və s. nəzərdə tutulduğunu deyib.

Bu il üçün 2 min nəfərin bu layihədən faydalanacağını qeyd edən S.Babayev bildirib ki, layihə üzrə özünüməşğulluq proqramına qoşulmaq istəyən potensial benefisiarlar üçün xüsusi elektron forma da hazırlanıb və Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.

Görüşdə missiyanın üzvləri Maddalena Honorati (baş iqtisadçı), Sara Maykl (Dünya Bankının Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri), Mirey Ovadiya (sosial müdafiə üzrə baş mütəxəssis), Sırma Demir Şeker (baş iqtisadçı), Səidə Bağırlı (əməliyyatlar üzrə baş mütəxəssis) ilə birgə Layihənin icrası sahəsində aparılan işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Qafar Ağayev

Paylaş:
809

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər