Azərbaycan Prezidenti: İşğalçıların torpaqlarımızdan çıxması barədə təqvim verilməsə, biz sona qədər davam edəcəyik | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Prezidenti: İşğalçıların torpaqlarımızdan çıxması barədə təqvim verilməsə, biz sona qədər davam edəcəyik

19:47 - 15 / 10 / 2020
Azərbaycan Prezidenti: İşğalçıların torpaqlarımızdan çıxması barədə təqvim verilməsə, biz sona qədər davam edəcəyik

Biz irəliləyəcəyik. Bir də ki, onlar gərək atəşkəsə riayət etsinlər. Çünki onlar atəşkəsi pozdular. Günorta saat 12-dən atəşkəs elan edildi. Biz bütün hərbi birləşmələrimizə çox ciddi əmr verdik ki, atəşkəsə riayət edin, dayandırın. Halbuki bunu etmək o qədər də asan deyil.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bunu Türkiyənin NTV kanalına müsahibəsində atəşkəs rejimi ilə bağlı vəziyyətdən danışarkən deyib.

“Biz saat 12-də dayandıq, amma onlar dayanmadı. Ondan sonra təqribən bir saat ərzində biz yenə də özümüzü müdafiə etmək üçün hərəkətə keçdik və yenə də bir neçə kəndi azad etdik. Ona görə Ermənistan nəhayət anlamalıdır ki, bu yolla o heç nəyə nail olmayacaq. Yalnız atəşkəsə onlar əməl etməlidirlər. Hesab edirəm Ermənistan rəhbərliyi bu məsələ ilə bağlı yeni bir açıqlama verməlidir ki, onlar atəşkəsə sadiqdir və buna əməl edirlər. O zaman biz də dayanaq. Amma əlbəttə proses daha illər boyunca davam edə bilməz. Ondan sonra bizə təqvim verilməlidir. Biz Moskva görüşlərində təqvim üçün o qədər də israr etmədik. Çünki bir gün ərzində bunu razılaşdırmaq çətin bir işdir. Biz bunu anlayırıq. Ancaq sülh prosesi başlanan kimi gündəlikdə duran ilk məsələ təqvim məsələsidir. Tarixlər verilməlidir. Hansı tarixlərdə qalan torpaqlardan erməni silahlı qüvvələri çıxır və biz bu torpaqlara giririk. Əks təqdirdə, biz davam edəcəyik, dediyim kimi, sona qədər”, - deyə dövlətimizin başçısı vurğulayıb.

S.Xankişiyeva

 

Paylaş:
390

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər