Ukrayna Səfirliyi Gəncənin atəşə tutulmasını qınadı | 1news.az | Xəbərlər
Siyasət

Ukrayna Səfirliyi Gəncənin atəşə tutulmasını qınadı

18:51 - 17 / 10 / 2020
Ukrayna Səfirliyi Gəncənin atəşə tutulmasını qınadı

"Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi dinc əhalinin həlak olmasına və yaralanmasına, eləcə də onların evlərinin dağılmasına səbəb olmuş Azərbaycanın Gəncə şəhərinin növbəti dəfə atəşə tutulmasını qəti şəkildə qınayır".

1news.az-ın verdiyi xəbərə görə, bu barədə səfirliyin bəyanatında bildirilib.

"Mülki obyektlərə və dinc əhaliyə yönəlmiş hər hansı hücumlar əsassızdır və dərhal dayandırılmalıdır. Həlak olanların ailələrinə və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, yaralıların tez bir zamanda sağalmasını diləyirik”, - qeyd olunub.

S.Xankişiyeva

 

Paylaş:
439

Son xəbərlər

Bütün xəbərlər