Baş Prokurorluq “Qarabağ” futbol klubunun nümayəndəsi ilə bağlı açıqlama yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq “Qarabağ” futbol klubunun nümayəndəsi ilə bağlı açıqlama yayıb

18:33 - 01 / 11 / 2020
Baş Prokurorluq “Qarabağ” futbol klubunun nümayəndəsi ilə bağlı açıqlama yayıb

Baş Prokurorluq “Qarabağ” futbol klubunun nümayəndəsi Nurlana İbrahimovun milli dözümsüzlük göstərərək Facebook sosial şəbəkəsində yaydığı paylaşımla bağlı açıqlama verib.

N.İbrahimov qanunazidd paylaşımlara görə məsuliyyətə cəlb olunacaq.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Baş Prokurorluğunun yaydığı bəyanatda deyilir.

Baş Prokurorluğun açıqlamasında qeyd olunur ki, oktyabrın 28-də “Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri olan N.İbrahimovun Facebook sosial şəbəkəsindəki hesabında müharibənin aparılmasına dair konvensional qaydalara, həmçinin qanunvericiliyin tələblərini pozan paylaşım edib.

Statusda deyilirdi: “Biz erməniləri öldürməliyik. Uşağını, qadınını, yaşlısını, fərqi yoxdur necə bacarırıqsa, kim gəldi öldürməliyik”.

Yuxarıda göstərilən hərəkətlərə görə Azərbaycan Baş Prokurorluğunun Nurlan İbrahimovu "İnformasiya, informasiyalaşdırma və İnformasiyanın mühafizəsi haqqında" Qanunun tələblərini pozduğu üçün məsuliyyətə cəlb etdiyi bildirilir.

N.İbrahimov statusunda milli, irqi, sosial və ya dini zəmində nifrət ifadə edildiyi, bununla əlaqədar ona rəsmi xəbərdarlıq edildiyi və İnzibati Xətalar haqqında işin Abşeron Rayon Məhkəməsinə göndərildiyi vurğulanır.

Qeyd edək ki, bu cür aktlarda cərimə şəklində inzibati tədbirlər nəzərdə tutulur.

S.Xankişiyeva

Paylaş:
655

Son xəbərlər

Niderland Avropa çempionatında qaldı, Türkiyə isə tərk etdi - YENİLƏNİB 407 / 07 / 2024, 01:10Qarabağ Universitetində ingilis dili üzrə müəllimi vakansiyası elan edilib06 / 07 / 2024, 18:03Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib - YENİLƏNİB 106 / 07 / 2024, 17:55Azad edilmiş ərazilərdə yeni seçki məntəqələri yaradılacaq06 / 07 / 2024, 17:23Sabunçuda 5 otaqlı ev yanıb06 / 07 / 2024, 16:54Bakıda hind aktyorlarının iştirakı ilə film çəkilir06 / 07 / 2024, 16:38Qubada 1 nəfər göldə batıb06 / 07 / 2024, 16:19Abşeronda zəncirvari qəza baş verib, yaralılar var06 / 07 / 2024, 15:59Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb06 / 07 / 2024, 15:31Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb06 / 07 / 2024, 15:03Təcridxanada olan qardaşına narkotik vasitə aparan şəxs saxlanılıb06 / 07 / 2024, 14:47Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşıb06 / 07 / 2024, 14:29Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşünün Qarabağ Bəyannaməsinin imzalanması mərasimi olub06 / 07 / 2024, 14:08Azərbaycan bu günlərdə TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb06 / 07 / 2024, 14:05Azərbaycan Prezidenti: XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır06 / 07 / 2024, 13:52Prezident: Türk dünyasının və TDT-nin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir06 / 07 / 2024, 13:32Azərbaycan-İran sərhədini pozanlar əmrə tabe olmayıb, xəbərdarlıq atəşi açılıb06 / 07 / 2024, 13:02Bazar gününün hava proqnozu06 / 07 / 2024, 12:42Prezident Şuşada TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb06 / 07 / 2024, 12:14Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj etməkdə şübhəli bilinən Şirvan şəhər sakini saxlanılıb06 / 07 / 2024, 11:52
Bütün xəbərlər