Ermənistan dövlət sərhədində atəşkəs rejimini yenə pozub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistan dövlət sərhədində atəşkəs rejimini yenə pozub

09:17 - 03 / 11 / 2020
Ermənistan dövlət sərhədində atəşkəs rejimini yenə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

Müdafiə Nazirliyindən 1news.az-a bildiriblər ki, noyabrın 3-ü saat 00:25-dən 04:45-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.

1news.az

Paylaş:
525

Son xəbərlər

Bütün xəbərlər