İzmirdə zəlzələdə ölənlərin sayı 105-ə çatıb - YENİLƏNİB

İzmirdəki zəlzələ nəticəsində həlak olanalrın sayı 105-ə çatıb.
1news.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən bildirilib.
Hadisə nəticəsində 1000-dən artıq insan xəsarət alıb.
Hazırda 5 binada axtarış-xilasetmə işləri davam edir. Qeyd edək ki, İzmirdə oktyabrın 30-da 6,6 bal gücündə zəlzələ olub.
09:56
İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 100 nəfərə çatıb.
1news.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
Qeyd olunub ki, təbii fəlakət səbəbindən xəsarət alan 994 nəfərdən 147-si xəstəxana şəraitində müalicə olunur, 847-si evə buraxılıb.
1news.az
615