Azərbaycan XİN Avstriyaya başsağlığı verib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN Avstriyaya başsağlığı verib

11:10 - 03 / 11 / 2020
Azərbaycan XİN Avstriyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avstriyaya başsağlığı verib.

1news.az-ın xəbərinə görə, bu barədə Azərbaycan XİN-in “Twitter” səhifəsində bildirilib.

“Vyanada baş verən dəhşətli hücumlar nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını arzulayırıq. Azərbaycan terrorizmdən əziyyət çəkən bir ölkə olaraq  terrorizmin bütün forma və təzahürlərini pisləyir”, - deyə qeyd olunub. 

1news.az

 

Paylaş:
511

Son xəbərlər

Bütün xəbərlər