Çavuşoğludan “Qardaş Ermənistan” ifadəsini səsləndirən deputata SƏRT CAVAB | 1news.az | Xəbərlər
Siyasət

Çavuşoğludan “Qardaş Ermənistan” ifadəsini səsləndirən deputata SƏRT CAVAB

14:45 - 25 / 11 / 2020
Çavuşoğludan “Qardaş Ermənistan” ifadəsini səsləndirən deputata SƏRT CAVAB

Türkiyə Xalqların Demokratik Partiyası üzvü, TBMM-in Diyarbəkir millət vəkili Qaro Paylanın "Mənim bir xəyalım var: Türkiyənin "Qardaş Azərbaycan" dediyi kimi "Qardaş Ermənistan" da deyə bilməsidir" ifadələri Xarici İşlər naziri Mövlud Çavuşoğlunu qəzəbləndirib.

1news.az-ın Publika.az-a istinadən verdiyi xəbərə görə, Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinin 2021-ci il üzrə Plan və Büdcə Komissiyasında millət vəkilinə sərt reaksiya verib.

"Bu günə qədər Ermənistan Azərbaycanın işğal edilmiş torpaqlarından çəkilsin" dedinizmi? Heç vaxt "Dağlıq Qarabağ Azərbaycan ərazisidir, Ermənistan buradan çıxmalıdır" demədiniz", - Çavuşoğlu deputata cavabında bildirib.

Çavuşoğlu Rusiya, Azərbaycan və Ermənistanın üçtərəfli bəyanatının imzalandığını xatırladaraq bu çərçivədə Türkiyənin yerində monitorinq, analiz, sənədləşdirmə və lazımi addımları atma, tədbirlər görmə mövzusunda Rusiya ilə əlavə razılaşma imzaladığını qeyd edib: "Ermənistan torpaqlardan çıxsa və normallaşma dövrü başlasa, Azərbaycan ilə birlikdə qərar verəcəyik. Birikdə addım atacağıq. Bunu heç kim yadırğamasın. Normallaşma olsa, ən çox Ermənistan və xalqı bundan faydalanacaq. Başqasının torpaqları üzərində səltənət daimi olmaz".

1news.az

Paylaş:
586

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər