XİN: Fransa qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır | 1news.az | Xəbərlər
Dünya

XİN: Fransa qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır

09:11 - 27 / 11 / 2020
XİN: Fransa qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır

Rəsmi Paris qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır.

1news.az-ın TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Noyabrın 25-i Senat Fransa hakimiyyətini qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımağa çağıran qətnamə layihəsi qəbul edib. Səsvermədən əvvəl debatlar zamanı Xarici İşlər Nazirliyi yanında Dövlət Katibi Jan-Baptist Lemuan Fransa hökumətinin bu mövzuda mövqeyini xatırladıb - Fransa qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır".

Qafar Ağayev 

Paylaş:
824

Son xəbərlər

Bütün xəbərlər