Pakistan Senatının üzvü, partiya sədri Prezident İlham Əliyevi təbrik edib
Pakistan Senatının üzvü, "Camaat-e-İslami Pakistan" Partiyasının sədri Sirac ul Haqdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycan ilə Ermənistan arasındakı müharibənin dayandırılması ilə bağlı atəşkəs razılaşmasının imzalanması Pakistan İslam Respublikasının xalqı tərəfindən də böyük məmnunluqla qarşılandı. Bu, Azərbaycanda sülh və tərəqqi üçün yeni imkanlar yaradacaq.
Həmçinin Şuşa şəhərinin və işğal altında olan digər dörd rayonun Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsi, Ermənistanın işğal etdiyi digər rayonları qaytarmağa razılıq verməsi də böyük məmnunluq doğurur. Bütün bunlara görə şəxsən öz adımdan, "Camaat-e-İslami Pakistan"ın üzvləri və Pakistan xalqı adından Sizi, hökumətinizi və Azərbaycan xalqını təbrik edirəm.
Azərbaycan xalqına davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram".
1news.az