Hulusi Akar: Rusiya ilə Qarabağ Monitorinq mərkəzinin detallarını müzakirə edirik
Qrafikə uyğun olaraq Rusiya Federasiyası ilə Qarabağ üzrə Monitorinq mərkəzinin texniki aspektləri üzrə dialoq davam edir.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ölkənin Silahlı Qüvvələrinin qoşun birləşmələrinin komandanları ilə videokonfrans rejimində keçirilən iclasda bildirib.
Akar xatırladıb ki, Qarabağ üzrə üçtərəfli Bəyanatdan sonra Azərbaycan ərazisində Monitorinq mərkəzinin yaradılması üzrə Türkiyə və Rusiya Federasiyasının müdafiə idarələrinin başçıları arasında memorandum imzalanıb.
S.Xankişiyeva
699