Türkiyədən Azərbaycana xalça ixracı azalıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Türkiyədən Azərbaycana xalça ixracı azalıb

15:18 - 06 / 12 / 2020
Türkiyədən Azərbaycana xalça ixracı azalıb

2020-ci ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana xalça ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 35,7 faiz azalaraq 4,466 milyon dollar təşkil edib.

1news.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlik qeyd edib ki, 2020-ci ilin noyabr ayında Türkiyədən Azərbaycana xalça ixracı 2019-cu ilin noyabrına nisbətən 28,8 faiz azalaraq 713 min dollar təşkil edib.

Qeyd edək ki, 2020-ci ilin yanvar-noyabr aylarında Türkiyədən dünya bazarlarına xalça ixracı 2,315 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz artıb.

Son 12 ayda (noyabr 2019 - noyabr 2020) Türkiyə 2,541 milyard dollar məbləğində xalça ixrac edib.

1news.az

Paylaş:
760

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər