Azərbaycan Ordusuna Yardım Fondu yaradılır - Fərman | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Ordusuna Yardım Fondu yaradılır - Fərman

14:46 - 08 / 12 / 2020
Azərbaycan Ordusuna Yardım Fondu yaradılır - Fərman

Prezident İlham Əliyev Azərbaycan Ordusuna Yardım Fondunun yaradılması və "Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Ordusuna Yardım Fondu yaradılsın.

2. “Azərbaycan Ordusuna Yardım Fondu haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

3. “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 475) ləğv edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondu ləğv edildiyi gündən onun balansında qalan vəsaitin Azərbaycan Ordusuna Yardım Fondunun xüsusi xəzinə hesabına köçürülməsini təmin etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin".

1news.az

Paylaş:
492

Son xəbərlər

Bütün xəbərlər