Deputat: “Bu fond cəmiyyətimizdə yardımlaşma ruhunun möhkəmlənməsinə verilən töhfədir”
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğurunda yaralananların və şəhid ailələrinin sosial təminatına dəstək məqsədilə “YAŞAT” fondunun yaradılması sadəcə belə ailələrin sosial problelərinin həll edilməsi deyil həm də cəmiyyətimizdə yardımlaşma və dayanışma ruhunun möhkəmlənməsinə verilən töhfə deməkdir”.
1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, Azərbaycanda Şəhid və Qazi ailələrinə dövlət tərəfindən hər çür yardım edilir və dövlətimizin sosial siyasətinin mərkəzində duran ən əsas məsələlərdən biri də məhz bu istiqamətdə fəaliyyətin yüksək səviyyədə təşkil olumasıdır.
“Şəhid ailələrinə və müharibə veteranlarına birdəfəlik yardım da daxil olmaqla çoxsylı güzəştlərin tətbia olunması , onların mənzil və avtomibillərlə təmin edilməsi , aylıq müavinət və təqaüdlərin verilməsi, vergi güzəştlərinin nəzərdə tutulmas və sair kimi bu qəbildən olan sosial güzəştlər yalnız bu təminatın kiçik bir qismidir. İşverənlərə bu statusda olan vətəndaşlarımız üçün məcburi kvotanın müəyyən edilməsi, özünüməşğulluqla bağlı çoxsaylı layihələrin həayata keçirilməsi və maliyyələşdirilməsi də güzəştli ailələrimiz üçün nəzərdə tutulan digər kateqoriyaya aid fəaliyyət növüdür. Ancaq bütün bunlarla yanaşı ayrı-ayrı vərtəndaşlarımızın da Şəhid və Qazilərimizin ailələrinə bu və ya digər formada yardım etmək istəyinin kütləvi olması həmin sahədə bir koordinasiya fəaliyyətini zəruri edirdi ki, yeni yaradılan “YAŞAT” fondu da məhz bu funksiyanı yerinə yetirəcək.
Deputat deyib ki,bizim ən yaxşı milli xüsusiyyətlərimizdən biri qarşılıqlı yardımlaşma və bunun üçün cəmiyyətin səfərbər olma əzmi göstərə bilməsidir.
“Bu gün əldə etdiyimiz tarixi zəfərdən sonra bütün vətəndaşlarımız bu prosesə müəyyən töhfə verməklə iştirakçı olmağa çalışır . Belə əhval -ruhiyyə ictimai həmrəyliyi artırmaqla həm də milli birliyimizi gücləndirir. Nəticə etibarilə hər bir fərd özünü tarixi qələbəmizin, torpaqlarımızın işğaldan azad olunmasının bir növ iştirakçısına çevrilə bilmə arzusunu realizə etmiş hesab edir ki, bu da ictimai vicdanı rahatladan mühüm mənəvi komponent qismində çıxış edir . Beləliklə xalq olaraq ümumi işimizə birgə töhfə verməklə kütləvi sinxron hərəkətin iştitakçısı olur, milli mənəvi bağlarımızı mökəmləndirmiş oluruq. Bu çox mühüm hadisədir və gələcək inkişafımız, birlik və bərabərliyimiz üçün çox vacibdir”.
Qafar Ağayev