Dünyada koronavirusa yoluxanların sayı 549 mindən çox artıb | 1news.az | Xəbərlər
Dünya

Dünyada koronavirusa yoluxanların sayı 549 mindən çox artıb

11:40 - 08 / 12 / 2020
Dünyada koronavirusa yoluxanların sayı 549 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 549 mindən çox artıb.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 549 946 nəfər yeni koronavirusa yoluxub, 8 768 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 66 422 058, ölənlərin isə 1 532 418 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

1news.az

Paylaş:
599

Son xəbərlər

Bütün xəbərlər