Əli Nağıyevə və Orxan Sultanova general-polkovnik ali hərbi rütbəsi verildi - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Əli Nağıyevə və Orxan Sultanova general-polkovnik ali hərbi rütbəsi verildi - SƏRƏNCAM

10:08 - 08 / 12 / 2020
Əli Nağıyevə və Orxan Sultanova general-polkovnik ali hərbi rütbəsi verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Ə.N.Nağıyevə general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. 

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən xəbərinə görə, məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağı oğlu Nağıyevə general-polkovnik ali hərbi rütbəsi verilir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

***

Bundan başqa Prezident İlham Əliyev O.S.Sultanova general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-polkovnik ali hərbi rütbəsi verilir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

1news.az

Paylaş:
627

Son xəbərlər

Bütün xəbərlər