Qorunan əmanətlər üzrə kompensasiya məbləği artırılır
Azərbaycanda fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata qaldırılır.
1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankı sədri Elman Rüstəmov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Əmanətlərin tam sığortalanması haqqında" qanunda dəyişiklik zamanı deyib.
E.Rüstəmov bildirib ki, ölkəmizdə 2016-cı ilin martından tətbiq olunan əmanətlərin tam sığortalanması qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyinin qorunmasında, bank sistemində sabitliyin tam təmin edilməsində, əmanətçilərin bank sisteminə etibarının artırılmasında mühüm rol oynayıb.
O bildirilib ki, 4 il 9 ay ərzində qüvvədə olan bu qanunun müddəti iki dəfə uzadılıb, sonuncu müddət cari ilin dekabrın 4-də başa çatıb. Təqdim olunmuş layihədə qanunun qüvvədə olma müddətinin 2021-ci ilin 5 aprel tarixinədək uzadılması təklif olunur.
1news.az