Azərbaycanın qələbəsi Niderland Parlamentindəki islamafob qüvvələri niyə narahat edir? - TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın qələbəsi Niderland Parlamentindəki islamafob qüvvələri niyə narahat edir? - TƏHLİL

17:46 - 09 / 12 / 2020
Azərbaycanın qələbəsi Niderland Parlamentindəki islamafob qüvvələri niyə narahat edir? - TƏHLİL

44 günlük Vətən müharibəsinin başa çatmasını rəsmiləşdirən və Ermənistanın faktiki kapitulyasiyası kimi qiymətləndirilən 10 noyabrda Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış Üçtərəfli Bəyanat Avropanın bəzi az sayda ölkələrində olduğu kimi erməni diasporu və lobbisinin təsiri altında Niderland Parlamentində də anti-Azərbaycan, anti-Türkiyə, İslamofob, ultra-sağçı və ultra-millətçi qüvvələrin hədəfinə çevrilib.

Fransadan sonra Niderlandın da belə addım atacağı gözlənilən idi. Bu ölkələr Türkiyə və Azərbaycanın inkişafından narahat olub Ermənistandan istifadə edərək təzyiq göstərməyə çalışırlar.

Müharibənin başa çatmasından sonrakı ilk günlərdə parlamentin Nümayəndələr Palatasında Azərbaycan və Türkiyə əleyhinə bir sıra qətnamə təşəbbüsləri irəli sürülmüşdür. Qardaş Türkiyə və Azərbaycana qarşı sanksiyaların tətbiq olunması, qondarma rejimin tanınması, uydurma “suriyalı terrorçular” məsələsinin araşdırılması və s. cəfəng çağırışlar edən bu layihələrin müəllifləri Martin van Helvert (Xristian Demokratik Çağırış partiyası), Joel Voordevind (Xristian İttifaqı partiyası), Sven Koopmans (Azadlıq naminə Xalq Partiyası) və digər ultra-sağçı, anti-Türkiyə və faşist ideologiyasının təbliğatçıları və ermənipərəst qüvvələrin əlaltılarıdır.

Bütün bunların nədən qaynaqlandığını bilmək üçün qısaca olaraq Niderlandın tarixinə nəzər salmaq lazımdır. Belə ki, keçən əsrin 70-ci illərinə qədər müstəmləkəçi ölkə olan Niderland Amerika, Asiya və Afrika qitələrində onlarla xalqı siyasi və iqtisadi əsarətdə saxlamışdır. Dünyada ən çox sayda müsəlman əhalisi olan İndoneziya kimi nəhəng ölkə əsrlər boyu holland müstəmləkəçiliyinə qarşı mübarizə aparmış, öz müstəqilliyini 1945-ci ildə elan etməsinə baxmayaraq illərlə davam edən müharibədən sonra Niderland yalnız 1949-cu ilin sonunda onun suverenliyini tanımağa məcbur olmuşdur.

Həmin illərdə Niderland hərbçiləri tərəfindən İndoneziyada bir çox qətllər törədilmişdir. Bunlar arasında 1947-ci ilin 9 dekabrında Yava adasının qərbində yerləşən Ravaqede kəndində (hazırda Balonqsari kəndi) 431 kəndlinin güllələnməsini qeyd etmək olar. İndoneziyanın müstəqillik müharibəsi illərində vəhşicəsinə qətlə yetirilmiş mülki şəxslərin yaxınları tərəfindən indiyə qədər Niderland məhkəmələrində iddialar qaldırılır.

Bundan başqa Srebrenitsa soyqırımı 90-cı illərin Balkan müharibələrinin ən acı səhifəsidir. 1995-ci ilin iyulunda Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində 8300-dən çox insanın soyqırıma məruz qalmasının məhz BMT-nin Niderland sülhməramlı kontingentinin fəaliyyətsizliyi və qorxaqlığı nəticəsində baş verməsi məlum tarixi faktdır. Niderland Ali məhkəməsinin 2013-2014-cü illərdə qəbul etdiyi qərarlarla ölkə yalnız 300-dən bir qədər artıq insanın qətlində günahkar olduğunu etiraf etmişdir.

Tarixindən detallara girmədən kiçik nümunələr gətirdiyimiz Niderladın necə bir dövlət olduğu bəlli olur. Bu dövlət sözdə Avropa dəyərlərini dəstəkləsə də əslində Avropa dəyərlərinin əksinə, anti-demokrat addımlar atır.

Noyabrın 18-də Prezident İlham Əliyev Niderlandın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizemanın etimadnaməsini qəbul edərkən Niderland Parlamentinin bu təxribatçı qərarlarına kəskin münasibətini onun diqqətinə çatdırmışdır. O, parlamentdəki müzakirələr zamanı Niderland XİN başçısı S.Blokun balanslaşdırılmış yanaşma ilə çıxış etməsini təqdir etsə də, ümumilikdə belə ədalətsiz qərarların ölkələrimiz arasında yaxın əlaqələrin qurulmasına kömək etməyəcəyini xüsusilə vurğulamışdı.

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib ki, Avropanın müəyyən dairələrində şərq ölkələrinə qarşı neqativ münasibət var.

“Onlar şərq ölkərini inkişafdan qalmış, daima Avropadan asılı bir vəziyyətdə görmək istəyirlər. Bu baxımdan Türkiyənin dünya siyasətində böyük nüfuzu, Azərbaycanın təbii sərvətlərinə sahib çıxaraq öz problemlərini həll etməsi heç də onların ürəyindən deyil. Burada iki standart var, bir tərəfdən onlar beynəlxalq hüququ, insan hüquqlarının müdafiəsini elan edirlər, digər tərəfdən isə hansısa bir şərq ölkəsi inkişaf etdikdə və yaxudda öz hüquqlarını özü müdafiə edə bildikdə onların içindəki anti-Türkiyə, anti-İslam mahiyyəti üzə çıxır. Çox təəssüf edirəm ki, bəzən bu parlament səviyyəsinə, Avropanın ayrı-ayrı siyasətçilərinin bəyanatında  öz əksini tapır.

Ümumən götürdükdə isə, Avropanın dünya sivilizasiyasına verdiyi töhfələr kifayət qədər böyükdür. Türkiyənin uğurları Avropa tərəfindən təqdir edilir, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi Avropanın bir çox bölgələrində təqdir edildi və hörmətlə yanaşıldı. Bu baxımdan hansısa bir ölkənin, siyasi dairənin Azərbaycana münasibətini bütün Avropaya aid etməzdim. Amma bununla belə təəssüf edirəm ki, dünyanın inkişaf etmiş bir bölgəsində ikili standartlar, beynəlxalq hüququ unutmaq kimi xüsusiyyətlər özünü göstərir”.

Deputat bildirib ki, Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində 8300-dən çox insanın soyqırıma məruz qalmasının məhz BMT-nin Niderland sülhməramlı kontingentinin fəaliyyətsizliyi və qorxaqlığı nəticəsində baş verməsi məlum tarixi faktdır.

“Bu onların tarixində qara bir səhifədir. Nə qədər müddət keçsə də, nə formada üzr istənilsə də bunu silmək mümkün deyil. Təəssüf ki, Avropanın müəyyən dairələri  özlərinin elan etdiklərinə özləri riayət etmək istəmirlər.  Sonradan sadəcə bir üzr istəməklə və yaxud da bir qrup digər qrupun anti-humanist bəyanatını pisləməsilə məsələni bitmiş hesab edirlər.Ən əsas məsələ odur ki, dünyadan tələb etdiklərinə özləri riayət etməlidirlər”.

Politoloq İlyas Hüseynov bildirib ki, Niderland Parlamentində Azərbaycana qarşı təxribatçı və qərəzli qərarların olması onu göstərir ki, əslində Avropa dəyərlərinə sadiqliyi ilə özünü göstərən bəzi dövlətlər əslində çox qərəzli və həqiqətdən çox uzaq, ədalətsiz mövqe tutmağa üstünlük verirlər.

“Burada həm də eyni zamanda bunu göstərir ki, Avropada İslamafobiya və Türkfobiya kəskin xarakter alıb. Bununla bağlı olaraq Azərbaycana qarşı hərhansısa qərəzli qətnamənin qəbul olunması göstərir ki, artıq dünyada İslamafobiya meylləri çox güclənib. İstənilən halda Azərbaycan öz haqlı, prinsipial mövqeyindən, ədalətli mövqeyindən geri çəkilən deyil. Biz heç vaxt icazə verə bilmərik ki, Azərbaycanın əzəli torpaqlarında ikinci erməni dövləti yaradılsın. Bu gün bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünyanın bir sıra dövlətlərinə də səsləndi. Əgər elə bir hal olarsa, o zaman Azərbaycan həmin dövlətlə həm siyasi, həm iqtisadi, həm də digər münasibətləri kəsmək məcburiyyətində qalacaq. Belə olan təqdirdə Cənubi Qafqazda strateji mövqeyə sahib olan Azərbaycanla həmin dövlətin heç bir əlaqəsi olmayacaq”.

Politoloq əlavə edib ki, erməni mahiyyətinə, erməni diasporunun hiyləgər manevrlərinə və xislətinə uyaraq hərhansı dövlətin əməkdaşlıq imkanları, Qafqazdakı karbohidrogen ehtiyatlarından, logistik və tranzit imkanlardan da məhrum olacaq.

“Nəzərə almaq lazımdır ki, Niderland Avropa Birliyinin və NATO-nun üzvüdür. Buna görə də Niderlandda erməni meyllərinin olması partiya və seçki marafonunda qalib gəlməyə çalışan marginal qrupların maraqlarına xidmət edir. Buna görə də bu cür meyllər və istiqamətlər Azərbaycanla olan ikitərəfli münasibətlərə də kəskin şəkildə təsir göstərəcək. Amma istənilən halda Azərbaycana qarşı hərhansısa hərəkətlərin edilməsi bunun hüquqi çərçivədə müəyyən sənəd halına gətirilməsi Azərbaycanla Niderland arasında olan münasibətlərə təsir göstərəcək”.  

Qafar Ağayev

Paylaş:
959

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər