Bakıda iranlı narkotacirlərlə əlbir olan şəxsdə 20 kq narkotik aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda iranlı narkotacirlərlə əlbir olan şəxsdə 20 kq narkotik aşkarlanıb

Qafar Ağayev17:12 - 02 / 10 / 2025
Bakıda iranlı narkotacirlərlə əlbir olan şəxsdə 20 kq narkotik aşkarlanıb

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən İran vətəndaşları olan narkotacirlərlə əlbir olan şəxslərin tutulması istiqamətində növbəti əməliyyat keçirilib.

DİN-in Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Səbail rayonunda keçirilən əməliyyat zamanı 1979-cu il təvəllüdlü, əvvəl məhkum olunmuş Arif Yusifov yaxalanıb. Ondan 20 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş qurudulmuş marixuana aşkarlanıb. A.Yusifovun paytaxt ərazisində narkotik vasitələrin satışını və yayılmasını təşkil edərək maddi qazanc əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
125

Son xəbərlər

İstanbulda zəlzələ olub

02 / 10 / 2025, 16:11
Bütün xəbərlər