İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmaları Mərkəzinin Baş direktoru Prezident İlham Əliyevə məktub göndərib | 1news.az | Xəbərlər
Rəsmi

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmaları Mərkəzinin Baş direktoru Prezident İlham Əliyevə məktub göndərib

13:24 - 15 / 12 / 2020
İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmaları Mərkəzinin Baş direktoru Prezident İlham Əliyevə məktub göndərib

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmaları Mərkəzinin Baş direktoru professor Halit Eren Prezident İlham Əliyevə məktub göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir: "Hörmətli cənab Prezident. Müzəffər Azərbaycan Ordusu tərəfindən strateji əhəmiyyətli Şuşa şəhərinin erməni işğalından azad olunması xəbərini böyük sevinclə qarşıladıq. Bu möhtəşəm Qələbənin Bayraq Günü ərəfəsində qazanılması əlamətdar hadisədir. Böyük Allaha şükürlər olsun. Zati-aliləri, qardaş Azərbaycan xalqını və müzəffər Azərbaycan Ordusunu təbrik etməkdən qürur duyuram.

Müzəffər Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə parlaq qələbələrə imza atan Azərbaycan Ordusunun 30 il erməni işğalı altında olan Qarabağ bölgəsini qısa zamanda azad etməsi Azərbaycanın ən yeni tarixinin şanlı səhifəsidir. Vətən müharibəsində şəhid olan hərbçilərə və mülki vətəndaşlara Allahdan rəhmət diləyirəm.

Böyük Allahdan Zati-alinizi, dost Azərbaycanı və İslam dünyasını müharibələrdən və fəlakətlərdən hər zaman qorumasını, xalqınızın sülh və firavanlıq içərisində yaşamasını, müstəqilliyinizin əbədi olmasını diləyirəm".

1news.az

Paylaş:
444

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər