Prezident İlham Əliyev Azərbaycanın Efiopiyadakı səfir Elman Abdullayevlə bağlı sərəncam verib.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən, Elman Telman oğlu Abdullayev Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi təyin edilib.
Dövlət başçısının digər sərəncamı ilə E. Abdullayev Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasında, Keniya Respublikasında, Cibuti Respublikasında və Ruanda Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycan Respublikasının Afrika İttifaqı yanında və BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Xatırladaq ki, Elman Abdullayev Efiopiyada səfir işləməzdən öncə Xarici İşlər Nazirliyi mətbuat xitmətinin rəhbəri olub.
Qafar Ağayev