Dünyada koronavirusa yoluxanların sayı 496 mindən çox artıb | 1news.az | Xəbərlər
Dünya

Dünyada koronavirusa yoluxanların sayı 496 mindən çox artıb

09:18 - 16 / 12 / 2020
Dünyada koronavirusa yoluxanların sayı 496 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 496 mindən çox artıb.

1news.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 496 156 nəfər yeni koronavirusa yoluxub, 8 443 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 71 581 532, ölənlərin isə 1 618 374 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

1news.az

Paylaş:
443

Son xəbərlər

Bütün xəbərlər