Prezident İlham Əliyev: Birgə səylərimiz nəticəsində regionda tamamilə yeni vəziyyət yaranıb | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev: Birgə səylərimiz nəticəsində regionda tamamilə yeni vəziyyət yaranıb

14:48 - 17 / 12 / 2020
Prezident İlham Əliyev: Birgə səylərimiz nəticəsində regionda tamamilə yeni vəziyyət yaranıb

Birgə səylərimiz nəticəsində regionda tamamilə yeni vəziyyət yaranıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu Prezident İlham Əliyev dekabrın 17-də Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhunun etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Biz dostluq və tərəfdaşlığımızı yüksək qiymətləndiririk. Deyə bilərəm ki, ölkələrimiz arasında münasibətlərin sürətli inkişafı dialoqumuzun intensivləşdirilməsinə dair hər iki tərəfin güclü niyyətini nümayiş etdirir. Sizin mənim Prezident Qani ilə görüşlərim haqqında məlumatınız var. Biz onunla Azərbaycanda, xarici ölkələrdə, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində dəfələrlə görüşmüşük. İstənilən beynəlxalq tədbirdə biz hər zaman görüşmək üçün vaxt tapırıq. Onu da deyim ki, bizim görüşlərimiz həmişə çox məhsuldar olur. Biz münasibətlərimizdə ciddi tərəqqiyə nail olmuşuq. Birgə səylərimiz nəticəsində regionda tamamilə yeni vəziyyət yaranmışdır. Bizim siyasi əlaqələrimiz heç vaxt olmadığı qədər güclüdür. Biz iqtisadi əməkdaşlıq və sərmayə layihələrinə dair çoxsaylı məsələləri müzakirə edirik. Bildiyiniz kimi, biz bununla bağlı artıq müəyyən ideyalar ortaya qoymuşuq. Biz dövlət sektoru ilə bağlı birgə işlər görmüşük və mən şadam ki, "ASAN xidmət" modeli artıq Əfqanıstanda tətbiq edilir. Bu, Prezident Əşrəf Qaninin Əfqanıstanın modernləşdirilməsi, əhaliyə müasir xidmətlərin göstərilməsi ilə bağlı baxışının təzahürüdür və belə bir mühüm inkişafda rol oynamağımız bizi fərəhləndirir".

1news.az

Paylaş:
476

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər