ABŞ İrana tətbiq olunan sanksiyalar siyahısını genişləndirdi | 1news.az | Xəbərlər
Dünya

ABŞ İrana tətbiq olunan sanksiyalar siyahısını genişləndirdi

11:56 - 17 / 12 / 2020
ABŞ İrana tətbiq olunan sanksiyalar siyahısını genişləndirdi

ABŞ hakimiyyəti İrana tətbiq olunan sanksiyalar siyahısını genişləndirib. Siyahıya bir Vyetnam vətəndaşı və beş şirkət əlavə olunub.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilib.

Siyahıya BƏƏ-dən iki, Çindən də iki şirkət və Vyetnamdan bir neft-kimya şirkəti daxil olub. Nazirlik bildirib ki, BƏƏ və Çindən olan şirkətlər "Triliance Petrochemical Co. Ltd"-nin vasitəçiliyi ilə İran neft-kimya məhsullarının ixracı ilə əlaqəli olub. "Triliance Petrochemical Co. Ltd" 2020-ci il yanvar ayında sanskiyalar siyahısına artıq daxil edilmişdi.

1news.az

Paylaş:
602

Son xəbərlər

Bütün xəbərlər