Azərbaycana qış fəsli daxil olur | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycana qış fəsli daxil olur

09:21 - 21 / 12 / 2020
Azərbaycana qış fəsli daxil olur

Bu il ölkəmizə qış fəsli dekabrın 21-i saat 14:02:18-də daxil olacaq.

1news.az xəbər verir ki, bu barədə Milli.Az-a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş şüalarının istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş üfüqdən minimum hündürlükdə olur. Həmin gün ilin ən qısa gündüzü və ən uzun gecəsi qeydə alınır.

1news.az

Paylaş:
2081

Son xəbərlər

Bütün xəbərlər