Paşinyana etiraza çağıran Gorus meri saxlanıldı | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyana etiraza çağıran Gorus meri saxlanıldı

11:34 - 21 / 12 / 2020
Paşinyana etiraza çağıran Gorus meri saxlanıldı

Ermənistanın Sünik bölgəsinin Gorus şəhərinin meri Aruş Aruşanyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə müxalif “Veto” ictimai-siyasi hərəkatının lideri Narek Malyan öz feysbuk səhifəsində məlumat verib.

Qeyd edək ki, daha əvvəl Aruş Aruşanyan Gorus sakinlərini Baş nazir Nikol Paşinyanın Sünik bölgəsinə səfərinə mane olmağa çağırmışdı.

1news.az

Paylaş:
736

Son xəbərlər

Bütün xəbərlər