Pakistan mediası Ermənistanın törətdiyi bəşəri cinayətlərdən yazdı | 1news.az | Xəbərlər
Siyasət

Pakistan mediası Ermənistanın törətdiyi bəşəri cinayətlərdən yazdı

16:40 - 22 / 12 / 2020
Pakistan mediası Ermənistanın törətdiyi bəşəri cinayətlərdən yazdı

Pakistanın “Globalnewspakistan.com” informasiya agentliyində Ermənistanın Qarabağda törətdiyi bəşəri cinayətlərlə bağlı yazı dərc olunub.

1news.az xəbər verir ki, məqalədə Ermənistanın Vətən müharibəsi dönəmində mülki əhaliyə qarşı törətdiyi terror aktlarından bəhs edilir. Qeyd edilir ki, Ermənistan ordusunun Azərbaycanın Gəncə, Bərdə və digər şəhərlərinə raket zərbələri endirməsi, qadağan edilmiş kasetli bombalar atması nəticəsində arasında xeyli uşaq və qadınların da olduğu mülki şəxslər qətlə yetirilib.

Məqalədə xatırladılır ki, döyüş bölgəsindən xeyli kənarda yerləşən bu ərazilərə raket hücumları nəticəsində evlər, sosial obyektlər dağıdılıb. Həmçinin oxucuların diqqətinə çatdırılıb ki, müharibə bitəndən, Ermənistan kapitulyasiyaya imza atandan sonrakı dönəmdə də ermənilər vəhşiliklərə əl atıblar. Onlar sonradan məskunlaşdıqları rayonlarımızı boşaldan zaman evləri, hətta məktəbləri belə yandırıblar, heyvanları vəhşicəsinə öldürüb meşələrə də od vurublar. Məqalədə talançılıqla bağlı, törədilən ekoloji terrorla əlaqədar faktlara geniş yer verilib. Yazıda Ermənistanın təcavüzü nəticəsində Dağlıq Qarabağ və ona bitişik rayonlarda dünya və yerli əhəmiyyətli tarixi abidələrin, muzeylərin qarətə məruz qalması, həmçinin infrastruktura ciddi zərər vurulması, məktəblərin, xəstəxanaların yerlə yeksan edilməsi, hətta bəzi yaşayış evlərinin sökülərək Ermənistana daşınması diqqətə çatdırılır. Eyni zamanda qeyd olunur ki, Ermənistanın təcavüzü nəticəsində dəyən maddi ziyan ilkin hesablamalara görə, 800 milyarddan çoxdur. Bu rəqəm getdikcə artır və Ermənistanın təzminat ödəməli olduğu vurğulanır:

“Bunlar təkcə Azərbaycana qarşı deyil, bəşəriyyətə qarşı yönəlmiş terror aktıdır. Bu gün dünyada çoxsaylı münaqişə ocaqları mövcuddur. Bu səbəbdən də Ermənistanın mülki əhaliyə və ekoloji mühitə qarşı törətdiyi bu terror aktı çox təhlükəli tendensiyadır. Ona görə də, bu cür vəhşiliklərin davam etməməsi, digər yerlərdə də presedent yaratmaması üçün beynəlxalq ictimaiyyət, xüsusilə xarici media buna duyarsız qalmamalıdır. Bu hadisənin daha çox işıqlandırılmasına, həqiqətin dünya ictimaiyyətinə çatdırılmasına ciddi ehtiyac var...”.

Qeyd edək ki, məqalə jurnalist Əli Zülfüqaroğlu və tədqiqatçı ekspert Elnur Eltürkün həmmüəllifliyi ilə dərc edilib.

Qafar Ağayev

Paylaş:
375

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər