Sabah Bakının bəzi ərazilərində qaz kəsiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Bakının bəzi ərazilərində qaz kəsiləcək

1news Redaksiyası12:28 - Bu gün
Sabah Bakının bəzi ərazilərində qaz kəsiləcək

Bakının bəzi ərazilərində oktyabrın 20-də qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

1news.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, “Qaz İxrac” İdarəsi tərəfindən yeni çəkilmiş qaz kəmərinin mövcud yüksək təzyiqli magistral qaz kəmərinə birləşdirilməsi ilə əlaqədar oktyabrın 20-də saat 09:00-dan işlər yekunlaşanadək Yasamal və Nəsimi rayonlarının bir hissəsində, Səbail rayonunun Badamdar qəsəbəsində, Binəqədi rayonunun 9-cu və 6-cı mikrorayonlarında, Vorovski və Xutor yaşayış massivlərində, Sulutəpə və Xocəsən qəsəbələrində, həmçinin Biləcəri qəsəbəsinin bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər