M.Cabbarov deyib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə dövlət maliyyəsi ilə yanaşı özəl sektordan vəsaitin cəlb edilməsi də nəzərdə tutulur. Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışla bağlı konsepsiya İqtisadi Şurada müzakirə edilib.
Nazir: Azad edilmiş ərazilərin bərpası Azərbaycan iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək
İşğaldan azad edilmiş ərazilərin bərpa edilməsi Azərbaycan iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək.
1news.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, torpaqların işğaldan azad edilməsi nəticəsində regionda yeni nəqliyyat qovşaqlarının açılması sayəsində biznes mühitinin yeni simasının formalaşmasına mühüm töhfə verəcək ki, bu da gəlirlərin artmasına səbəb olacaq.
503