Aleksandr Lukaşenko İlham Əliyevi təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Aleksandr Lukaşenko İlham Əliyevi təbrik edib

17:31 - 24 / 12 / 2020
Aleksandr Lukaşenko İlham Əliyevi təbrik edib

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Yüksək peşəkarlıq, səriştəlilik, qeyri-adi enerji və müdriklik Sizi ən mürəkkəb dövlət məsələlərini uğurla həll edən parlaq siyasi lider nümunəsinə çevirib.

Belarus-Azərbaycan münasibətlərinin inkişafına konstruktiv və maraqla yanaşmağınıza görə Sizə səmimi qəlbdən təşəkkür edirəm. Əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hörmət prinsiplərinə əsaslanan çoxşaxəli əməkdaşlıq Belarus və Azərbaycan xalqlarının rifahı naminə bundan sonra da dərinləşəcək və möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə ürəkdən möhkəm cansağlığı, firavanlıq və nəzərdə tutduğunuz hədəflərə nail olmağınızı arzu edirəm”.

S.Xankişiyeva

 

Paylaş:
589

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər