Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə zəng edib | 1news.az | Xəbərlər
Rəsmi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə zəng edib

10:43 - 24 / 12 / 2020
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə zəng edib

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, verilən məlumata görə, Qazaxıstan Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Qazaxıstan dostluq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.

S.Xankişiyeva

 

Paylaş:
551

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər