“Vedomosti” nəşri Azərbaycan Prezidenti İlham Əliyevi ilin siyasətçisi seçdi – FOTO
Rusiyanın məşhur “Vedomosti” nəşri altı nominasiya üzrə ilin personası ilə bağlı illik xüsusi layihəsinin nəticələrini dərc edib.
Azərbaycan Prezidenti İlham Əliyev nəşrin oxucuları arasındakı səsvermədə “İlin siyasətçisi” seçilib.
“İlham Əliyevi haqlı olaraq ordusu 2020-ci ildə inandırıcı hərbi qələbə qazanan, region miqyasına görə isə əsl triumf əldə edən yeganə lider adlandırmaq olar” – deyə nəşr yazır.
İlin siyasətçiləri siyahısında həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və ABŞ-da prezident seçkisində qalib gələn Cozef Bayden də var.
Səs vermədə iştirak edən və Prezidentimizə səs verən bütün oxuculara təşəkkürümüzü bildiririk!
S.Xankişiyeva
569