Prezident İlham Əliyev yaşayış minimumu haqqında qanunu imzalayıb | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev yaşayış minimumu haqqında qanunu imzalayıb

13:30 - 31 / 12 / 2020
Prezident İlham Əliyev yaşayış minimumu haqqında qanunu imzalayıb

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" qanunu imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sənədə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği müəyyənləşib.

Belə ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib.

Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

1news.az

Paylaş:
450

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər